Radikal islamçılar Filippində məktəblərdən birinə hücum ediblər.
Terrorçular bir neçə şagirdi girov götürüb. Polisin məlumatına əsasən hücumda 300-ə yaxın silahlı şəxs iştirak edib.
Hadisə ötən həftə hökumət qüvvələri ilə radikallar arasında toqquşmaların baş verdiyi Mindanao adasında baş verib. 2016-cı ildə əsas ekstremist qruplaşmalar birləşərək bu adada İŞİD-in vilayətinin yaradılması barədə bəyanat veriblər. Mayın 23-də ölkənin Maravi şəhəri silahlılar tərəfindən tutulub. Terrorçular şəhərdə mövqelərini möhkəmlədərək zirzəmilər, tunellər və məscidlərə silah-sursat, ərzaq yığıblar. Hökumət qüvvələri bir aya yaxındır onları şəhərdən çıxarmağa çalışır. Filippin prezidenti Rodriqo Duterte Maravi şəhərini əla keçirən radikalların Mindanao narkobaronlarından dəstək aldığını söyləyib. Apa
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                