Ən təmiz çimərliklər İspaniyadadır

Avropa Ekoloji Maarifləndirmə Fondu (FEE) dünyanın ən təmiz çimərliklərinin olduğu ölkələrin reytinqini tərtib edib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, reytinqdə ümumilikdə 45 ölkənin çimərliyi qiymətləndirilib və onlara “Mavi bayraq” standartları verilib. Siyahının birincisi İspaniya olub. Bu ölkənin 579 çimərliyi “Mavi bayraq” alıb. Yunanıstan 485 çimərliklə ikinci, Fransa isə 390 çimərliklə üçüncü olub. İlk beşliyə Türkiyə (354) və İtaliya (342) də daxil olublar. Siyahının sonuncusu 1 çimərlikə Rusiya qərarlaşıb.

Qeyd edək ki, “Mavi bayraq” təhlükəsizliyin bütün normalarını təmin edən və suyun yüksək keyfiyyətinə zəmanət verən ekoloji təmiz çimərliklərə verilən beynəlxalq standartdır. Standart 1985-ci ildə Fransada hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

Top