ABŞ Maliyyə Nazirliyi Ukrayna ətrafında vəziyyətlə əlaqədar 38 özəl təşkilat və şəxsə qarşı sanksiya tətbiq edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya və Ukraynanın Donbas bölgəsindən 19 təşkilat və 19 nəfər sanksiyaya məruz qalıb. Sanksiya ilə üzləşənlər arasında iqtisadi inkişaf nazirinin müavini Sergey Nazarov, “Gecə canavarları” bayk-mərkəzi, Federasiya Şurasının üzvü, Rusiya prezidentinin xaricdəki həmyerlilərin təşkilatları ilə qarşılıqlı fəaliyyət üzrə xüsusi nümayəndəsi Aleksandr Babakov və onun iki əməkdaşı Aleksandr Vorobyev və Mixail Plisyuk, Ukraynanın Krım bölgəsindən 11 nəfər də var. Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi sanksiya siyahısını dekabrda genişləndirib, həmin vaxt 23 Rusiya şirkəti siyahıya düşmüşdü.