Bəhreyn israilli aktyorların iştirakı ilə çəkilən filmləri qadağan etdi

Bəhreyn parlamenti KİV haqqında qanuna dəyişikliyi qəbul edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, dəyişiklik ölkədə İsrail kapitalının iştirakı ilə çəkilən filmlərin nümayişini və nəşrlərin yayılmasını qadağan edir. Bu qadağa israilli aktyorların rol aldığı filmlərə də şamil ediləcək. Deputatlar Fələstin torpaqlarını işğal etməsi səbəbindən İsraillə münasibətləri olmayan Bəhreynin mövqeyinin dəyişməz olduğunu təsdiq etmək üçün bu qərarı qəbul ediblər. Qeyd edək ki, Fars körfəzi ölkələri arasında ən böyük yəhudi icması məhz Bəhreyndə yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top