İsrail 25 ildə ilk dəfə yeni yəhudi məskəni salmağa başladı

İsrailin Baş naziri Binyəmin Netanyahu ötən əsrin sonundan etibarən ilk dəfə olaraq İordan çayının Qərb sahilində yeni yəhudi yerləşmə yerinin tikintisinə başlanıldığını elan edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, B. Netanyahu bildirib ki, vəd etdiyi kimi yeni yaşayış məskəninin yaradılması üzərində işə başlanılıb. Yaşayış məntəqəsi Amon məskunlaşma forpostunun onlarla sakini üçün nəzərdə tutulub. Amon Fələstin özəl torpağında özbaşına qanunsuz tikili qəbul edilib və fevralda Ali Məhkəmənin qərarı ilə sökülüb. “Şalom Ahşav” pasifist təşkilatı hesablayıb ki, bu, İsrail hakimiyyətinin Qərb sahilində 1992-ci ildən bəri yaratmaq üzrə olduğu ilk yerləşmə məskənidir.

Xatırladaq ki, işğal edilmiş Qərb sahilində və ilhaq edilmiş Şərqi Qüdsdə məskunlaşma fəaliyyəti İsrail və beynəlxalq ictimaiyyət arasında əsas fikir ayrılığı yaradır və fələstinlilərlə sülh bağlanılmasında əsas maneələrdən biridir.

DİGƏR XƏBƏRLƏR

Top