Mingəçevir-Bəhramtəpə yolu ilə Yevlaxın kəndlərindən keçdikcə yüksək gərginlikli elektirik dirəklərinin üzərində böyük yuvalar diqqət çəkir. Ot, çör-çöplərdən düzələn yuvalar sanki insan əlləri ilə yığılıb. Yerli sakinlər Leyləklərin əsasən yaz aylarında kənd ərazisində göründüyünü bildirirlər. Ət yeyən canlılar il ərazində 2-4 yumurta qoyur. Maraqlı məqam ondan ibarətdir ki, artım zamanı 34 gün yumurta üstündə dişi deyil, erkək leylək yatır.
Yevlaxın Salahlı kəndi ərazisində daha çox diqqət çəkən canlılar ev quşlarına, digər hər hansı heyvanlara ziyan vurmur. Kənd sakinləri insanlardan qaçaq olan quşların onlara xeyir verdiyini, ilanlardan qorunma vasitəsi olduğunu deyirlər. Bildirirlər ki,hündürlükdə qurulan yaşayış yeri, növbəti il cavan cütlüklərə verilir. Yazda ölkə ərazisinə gələn quşlar noyabrın ilk on günlüyündə isti ölkərə uçurlar.
Esmira Hidayətova, Mingəçevir