Doha aeroportundan 12 istiqamətə uçuşlar dayandırılıb

Qonşu ölkələrin embarqosu ilə əlaqədar olaraq Qətərin paytaxtı Dohada “Həməd” beynəlxalq aeroportu 4 ölkəyə uçuşları ləğv edib. Dohada Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirə olmaqla ümumilikdə 12 istiqamətə uçuşlar dayandırılıb. Məlumatda qeyd olunur ki, bu ölkələrə getmək istəyən sərnişinlər Oman və Küveytdən yola düşə bilərlər. Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bir neçə digər ölkə də Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.Trend

DİGƏR XƏBƏRLƏR

Top