Ermənistanda qadınların hərbi xidmətə çağırılması qanuniləşdirilir

Ermənistan hökuməti könüllülük əsasında qadınların hərbi xidmətə çağırılması imkanlarının artırılması ilə bağlı tədbirlər həyata keçirmək niyyətindədir. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, qadınların könüllü şəkildə hərbi xidmətə cəlb edilməsi ilə bağlı Ermənistan hökuməti tərəfindən xüsusi proqram hazırlanaraq baxılmaq üçün parlamentə göndərilib. Proqrama əsasən 2020-ci ilin sonuna kimi Ermənistanda hərbi çağırış yaşlı hər bir qadının könüllülük əsasında orduda xidmətə cəlb edilməsi nəzərdə tutulub. Hərbi xidmət yaşına çatan, ancaq ərdə olan qadınlar orduda xidmətdən azad ediləcəklər. Bununla belə ərdə olan çağırışyaşlı qadınlar üçün 2-3 aylıq hərbi kursların təşkli planlaşdırılıb. Xatırladaq ki, bu ilin fevral ayında Ermənistan müdafiə naziri Viqen Sarkisyan mətbuata açıqlamasında bəzi qadınların orduda xidmət etmək istədiyini və onlara belə imkanların verilməsinin vacibliyini söyləmişdi. Hərbi ekspertlər isə Ermənistanda qadınların orduya çağırılmasını ölkədə əsgər azlığı ilə izah edirlər.

DİGƏR XƏBƏRLƏR

Top