Aİ-ni Türkiyə ilə danışıqları dayandırmağa çağırdılar

Avropa Parlamentinin Xarici işlər komitəsi Avropa İttifaqından (Aİ) Türkiyənin quruma üzv olması üzrə danışıqları dayandırmağı istəyib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə komitənin illik hesabatında deyilir. Sənəddə bildirilir: “Türkiyədə bu yaxınlarda keçirilmiş referendumun nəricələrini və prezidentlik səlahiyyətlərinin genişləndirilməsini nəzərə alaraq Avropa Komissiyasını və Aİ-nin milli hökumətini konstitusiya islahatları paketi dəyişilmədən həyata keçiriləcəyi təqdirdə, Türkiyənin üzvlüyünə dair danışıqları dərhal dayandırmağa çağırırıq”. Komitə üzvləri müvafiq qətnaməyə demək olar yekdilliklə səs veriblər. Sənəd baxılması üçün parlamentə iyulda, növbəti plenar iclasda təqdim olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top