"ATƏT Minsk Qrupu təcavüzkarın kim olduğunu dəqiqləşdirməlidir"

Münaqişə bölgəsində vəziyyət özbaşına buraxılıb. "Yeniavaz.com"un tert.am-a istinadən verdiyi məlumata görə bunu mətbuata açıqlamasında rusiyalı hərbi ekspert Qriqori Trofimçuk bölgədə baş verən son hadisələri şərh edərkən deyib. Onun sözlərinə görə, hələlik hər iki tərəf yeni müharibənin başlamasından ehtiyat edir: "Hadisələrin gedişi göstərir ki, münaqişə bölgəsində vəziyyət artıq beynəlxalq müşahidəçilərin də nəzarətindən çıxıb. Hər iki tərəf bölgədə yeni müharibədən ehtiyat etsə də, indiki vəziyyətdə gec-tez müharibə qaçılmaz olacaq".

Trofimçuk bölgədə vəziyyətin gərginləşməsinin səbəbini həmsədr ölkələrdə gördüyünü bildirib. Onun sözlərinə görə, həmsədr ölkələr bu günə kimi təcavüzkarın kim olmasını özləri üçün dəqiqləşdirməyiblər: "ATƏT Minsk Qrupu təcavüzkarın kim olduğunu dəqiqləşdirməlidirlər . Əks halda münaqişənin həlli uzun müddət mümkün olmayacaq".

Rusiyalı hərbi ekspert yeni aprel döyüşlərinin bölgədə baş verə biləcəyini də istisna etmədiyini söyləyib: "Əgər bölgədə yenidən "balaca müharibə" başlasa, onda mən bu dəfə onun qabağının alınmasının mümkün olmayacağını düşünürəm. Bu "balaca müharibə" irimiqyası hərbi əməliyyatların başlamasına gətirib çıxaracaq".

DİGƏR XƏBƏRLƏR

Top