Gürcüstanda qazın bahalaşacağı gözlənilir

Gürcüstanda əhaliyə satılan mavi yanacağın qiyməti yaxın vaxtlarda bahalaşacaq. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə artıq bununla bağlı Tarif komitəsinə "Qazın nəqli kompaniyası", "SOCAR Georgia Gas", "Qruzqorqaz" və "Kaztransqaz"-dan müvafiq müraciətlər daxil olub. Hələlik Tarif komitəsi bu müraciətlərə cavab verməsə də, yerli ekspertlər əhaliyə satılan qazın 5 tetri arta biləcəyini proqnozlaşdırıblar. Ekspertlər qazın qiymətinin qaldırılmasının səbəbini larinin dollar qarşısında devalvasiyaya uğraması ilə izah edirlər. Belə bir fikir vurğulanır ki, mahiyyət etibarı ilə 5 tetrilik artım cüzi rəqəm olsa da, bu əhalinin kasıb təbəqəsinin vəziyyətinə pis təsir göstərəcək.

DİGƏR XƏBƏRLƏR

Top