Gürcüstandan Ermənistana yeni nəqliyyat dəhlizinin açılması mümkün deyil

Ermənistanın Gürcüstan vasitəsi ilə Qara dənizə nəqliyyat dəhlizi açmaq arzuları reallıqla uyğun gəlmir. "Yeniavaz.com"un arminfo.am-a istinadən verdiyi məlumata görə, bunu mətbuata açıqlamasında Batumi Dövlət Universitetinin fəlsəfə departamentinin dosenti Giorgi Masalkin deyib. Onun sözlərinə görə, bölgədə əmələ gələn geosiyasi vəziyyət Abxaziya vasitəsi ilə Qara dənizə çıxışa imkan verən dəmiryolu nəqliyyatının bərpasını qeyri-mümkün edir: "Ermənistan onun Qara dənizə çıxışına imkan verəcək nəqliyyat dəhlisinin reallaşmasına və dəmiryolu nəqliyyatının bərpasına ümidlər edir. Ermənistan baş nazirinin bu yaxınlarda Gürcüstana baş tutan səfərində bu məsələ əsas müzakirə hədəfinə çevrilmşdi. Amma Gürcüstan buna hazır deyil. Çünki Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiya vasitəsi ilə Ermənistana nəqliyyat dəhlisinin açılması Gürcüstanın milli maraqlarına cavab vermir. Bütün hallarda mən yaxın zamanlarda Cənubi Osetiya və Abxaziya vasitəsi ilə Ermənistana nəqliyyat dəhlizinin açıla biləcəyinə inanmıram".

DİGƏR XƏBƏRLƏR

Top