Türkiyə bu göstərici üzrə Avropa və dünya birincisidir

Türkiyə Avropada qəbul edilmiş qaçqınların sayına görə birinci yeri tutub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Qaçqınlarla iş üzrə Ali komissarın idarəsinin “Qlobal trendlər: 2016-cı ildə məcburi yerdəyişmə” məruzəsində deyilir. Təşkilatın hesablamalarına görə, Türkiyə təqribən 2,9 milyon qaçqın qəbul edib. Siyahıda sonrakı yerləri müvafiq olaraq Almaniya (669 min), Fransa (304 min) və İsveç (230 min) tuturlar. Türkiyə bu göstərici üzrə dünyanın bütün ölkələri arasında da liderlik edir. Onu 1,4 milyon qaçqın qəbul etmiş Pakistan və 1 milyon qaçqına qapılarını açmış Livan təqib edir.

Qeyd edək ki, BMT 2016-cı ildə rekorda sayda qaçqın təsbit edib – 22,5 milyon nəfər. Bununla yanaşı, ilin sonunadək dünya üzrə münaqişələr nəticəsində daxildə yerlərini dəyişən şəxlərin və qaçqınların ümumi sayı 65,6 milyon nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top