
Avropa İttifaqı (Aİ) çox güman ki, Rusiyaya münasibətdə iqtisadi sanksiyaların müddətini uzadacaq. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu Aİ diplomatiyasının rəhbəri Federika Moqerini deyib. O bildirib: “Mən qeyd etməliyəm ki, Minsk sazişinin icra edilməsində gerçək irəliləyişlər yoxdur. Güman edirəm ki, cari sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul ediləcək”. Bununla belə, F. Moqerininin sözlərinə görə, sanksiyaların müddətinin uzadılması barədə məsələ iyunun 22-23-də keçiriləcək Aİ sammitindən sonra müzakirə olunacaq: “Sanksiyaları uzatmaq üçün iyulun sonunadək vaxtımız var”.
Tətbiqimizi yükləyə bilərsiniz