Səudiyyə Ərəbistanı üç iranlı əsgəri saxladı

Səudiyyə Ərəbistanı İran ordusuna mənsub hərbçiləri saxlayıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının İnformasiya Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir, Səudiyyə Ərəbistanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun 3 əsgərini saxlayıb. Onların katerlə Mərcan neft sahəsinə yaxınlaşarkən saxlanıldığı qeyd edilir. O da bildirilir ki, daha iki iranlı hərbçi qaçmağa müvəffəq olub.

DİGƏR XƏBƏRLƏR

Top