Qətər hansı ölkənin vasitəçilik təşəbbüsünü dəstəklədiyini açıqladı

Qətər Doha ilə münasibətləri kəsən ölkələrlə birbaşa danışıqlara blokadanın aradan qaldırılmasından sonra başlamağa hazırdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani deyib. O bildirib ki, rəsmi Doha Küveytin birbaşa danışıqların başlaması haqqında təşəbbüsünü dəstəkləyir. Bununla belə nazir qeyd edib ki, bunun üçün ilk növbədə Qətərə qarşı tətbiq olunmuş blokada ləğv edilməlidir: “Danışıqlar təzyiq və blokada altında deyil. sivil şəkildə aparılmalıdır. Blokadanı deyil, leqal metodlardan istifadə etmək lazımdır. Hava və su məkanlarını blokadaya almaq, gəmilərimizə Qətərə üzməyə mane olmaq qanuni metodalar deyil”.

DİGƏR XƏBƏRLƏR

Top