Yaralı erməni əsgərlərin vəziyyəti ağır olaraq qalır

Dağlıq Qarabağda ağır yaralanan erməni əsgərlərdən daha biri Xankəndindəki hərbi hospitaldan vertolyotla Yerevandakı Mərkəzi hərbi klinikaya gətirilib. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Mərkəzi hərbi klinikanın baş həkimi Qayana Ovannisyan deyib. Onun sözlərinə görə, hərbi qulluqçunun vəziyyəti olduqca ağırdır: "20 yaşlı Yuri Zakaryan başından ağır yaralanıb. Onu Stepanakertdə (Xankəndi) əməliyyat ediblər. Ancaq hazırda süni nəfəs aparatına qoşulub və həyatda qalma şansı çox az hesab edilir. Digər yaralı müqavilə ilə xidmət edən Armen Vardanyanın gözləri əməliyyat olunub. O artıq danışıqlara reaksiya verir. Amma vəziyyəti ağır olaraq qalmaqda davam edir”.

DİGƏR XƏBƏRLƏR

Top