ABŞ-da həbs edilən gürcü boksçu dünya çempionu titulundan məhrum edilib

Beynəlxalq Boks Təşkilatı (VVBO) tərəfindən qəbul edilən qərara əsasən dünya çempionu, peşəkar gürcü boksçusu Avtandil Xurtsidze sərt şəkildə cəzalandırılıb. "Yeniavaz.com"un nevvsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, buna səbəb Xurtsidzenin cinayətkar qrupla əlaqədə olması səbəbindən ABŞ hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsidir. Bununla bağlı VVBO tərəfindən yayılan açıqlamada deyilir: "Avtandil Xurtsidze VVBO çempionu kimi öz hüquqlarını yerinə yetirmir. Nəticədə onun günahı ucbatından növbəti çempionat baş tutmayıb. Bunu nəzərə alaraq Xurtsidzenin həbsi ilə bağlı onun yerini boşaltmaq üçün dünya çempionu titulundan məhrum etmək barədə qərar qəbul etməli olduq".

Xatırladaq ki, gürcü boksçu iyulun 8-də Londonda WBO International versiyası üzrə britaniyalı boksçu Billi Co Sonderslə görüşməli idi.

DİGƏR XƏBƏRLƏR

Top