Üç nəfər erməni Fransa parlamentinin deputatı seçilib

Fransada keçirilən parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə erməni mənşəli 3 nəfər parlamentin deputatı seçilib. "Yeniavaz.com"un news.am-a istinadən verdiyi məlumata görə, onlardan biri, 52 yaşlı xanım Daniel Kazaryan Ron departamentinin 13-cü seçki dairəsindən deputat seçilib. Kazaryan Fransada böyük bir firmanın direktorudur. O eyni zamanda Fransadakı erməni tarixi və abidələri mərkəzinin rəhbəridir. Qiy Kasbaryan isə Fransa parlamentinə Er-və Luar departamentindən seçilib. Paris ətrafındakı Sen-Klu şəhərindən paralmentə deputat seçilən Jak Marillosyan da erməni icmasının tanınmış simalarından hesab edilir. Parlamentə deputat seçilən hər üç erməni prezident Emmanuel Makronun İrəli Fransa Partiyasının üzvləridirlər.

DİGƏR XƏBƏRLƏR

Top