Suriyanın hərbi təyyarəsi koalisiya qüvvələri tərəfindən vurulub

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyaya məxsus hərbi təyyarəni vurub. TASS agentliyinin xəbərinə görə, bu barədə Suriya ordusunun bəyanatında bildirilir. Məlumata əsasən, insident Tabka şəhəri yaxınlığında baş verib. Pilotun taleyi naməlum olaraq qalır. Koalisiya qərargahı Suriya qırıcısının vurulduğunu təsdiqləyib. Bildirilib ki, "Su-22" təyyarəsi “Suriya demokratik qüvvələri”nin (SDF) mövqelərinə zərbə endirərkən ABŞ-ın “F/A-18E Super Hornet" qırıcısı tərəfindən vurulub.Apa

DİGƏR XƏBƏRLƏR

Top