Portuqaliyada milli matəm elan olunub

Portuqaliya hökuməti ölkənin mərkəzi hissəsindəki meşə yanğınlarında çoxsaylı insan tələfatı ilə əlaqədar milli matəm elan edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bununla bağlı "Publico" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, matəm iyunun 20-dək davam edəcək. Qeyd edək ki, meşə yanğınları zamanı ölənlərin sayı 62 nəfərə çatıb.

Təbii hadisə zamanı daha 59 nəfər xəsarət alıb. Məlumata görə, yanğının söndürülməsinə yüzlərlə insan cəlb edilib. Lakin hələlik yanğınların qarşısını almaq mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top