70 yaşlı turist velosipedlə Azərbaycana səyahətə gəlib

70 yaşlı turist velosipedlə Azərbaycana səyahətə gəlib. “Yeniavaz.com” xəbər verir ki, İsveçrə vətəndaşı olan Holon Holl yaşının bu çağında yorulmadan uzun yol qət etməsini, ölkələrin mədəniyyətinə olan maraqdan irəli gəldiyini deyir. Gürcüstandan keçməklə ölkəmizə gələn 70 yaşlı Holon, təbiət vurğunu olduğunu bildirdi. Mingəçevir ərazisində bizimlə ayaqüstü söhbətləşən isveçrəli, Qazax, Gəncə və yetişdiyi şəhərin onun üçün çox diqqət çəkən olduğunu dedi. Velosipedə quraşdırdığı xəritə, naviqator ona yolda rahat hərəkət etməyi qədim abidələri, çayları, gölləri izləməyə şəarit yaradır.

Qeyd edək ki, qoca turist Mingəçevirdən sonra Oğuz, Qəbələ istiqamətində hərəkət edəcək. Bu turisti görənlər onunla maraqlanır və bu yaşda bu qədər yolu qət etmək onun üçün çətin olmadığını soruşurlar. O, isə bildirir ki, elə onu bu yaşda gümrah edən idmanla məşğul olmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top