Seyid vəsiqəsinin ardınca “Mir Mövsüm ağa” diplomu verilir VİDEO

Seyid vəsiqəsinin ardınca "Mir Mövsüm ağa fəxri mükafatı" laureatı təsis olunub.

Bir nəfərin ağa diplomu alması barədə sosial şəbəkələrdə şəkillər yayılıb. Diplomun hazırlanmasında Mir Mövsüm Ağa ziyarətgahının adından istifadə olunub. Belə ki, "Rəhimli və Mərhəmətli Allahın adı ilə" başlayan diplomun üzərində şəxsin, "Mir Mövsüm ağa fəxri mükafatı" laureatıçısı olduğu qırmızı hərflərlə yazılıb.

Faktın arxasınca Mir Mövsüm Ağa ziyarətgahına yollandıq. Məlum oldu ki, belə bir laureatdan söhbət gedə bilməz. Fəaliyyət dairələrini genişləndirmək üçün kimlərsə ziyarətgahın adından sui-istifadə ediblər.

İlahiyyatçı Elsevər Səmədov belə bir təşəbbüsün şəriət qaydalarına uyğun olmadığını bildirir. Laureat sözü olduğuna görə görünür diplom hansısa müsabiqə əsasında tərtib olunub. Ancaq müsabiqənin kimlər tərəfindən və hansı şərtlərlə təşkil olunması barədə məlumat yoxdur. Xezerxeber

vid

DİGƏR XƏBƏRLƏR

Top