Ər-Riyad:"Türkiyənin ölkə ərazisində hərbi baza tikməsinə icarə verilə bilməz"

Səudiyyə Ərəbistanı Türkiyəyə ölkə ərazisində hansısa hərbi baza tikməsinə icazə vermək niyyətində deyil. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi mənbə SPA dövlət agentliyinə məlumat verib. Onun sözlərinə görə, Türkiyənin Səudiyyə Ərəbistanında hərbi baza tikməsinə ehtiyac yoxdur: “Ər-Riyad ölkə ərazisində Türkiyənin hərbi baza təşkil etməsinə icazə verə bilməz. Krallığın buna ehtiyacı yoxdur. Səudiyyə Ərəbistanının silahlı qüvvələri və hərbi imkanları yaxşı vəziyyətdədir və onun hərbçiləri xaricdə, o cümlədən Türkiyə ərazisinin özündəki İncirlik bazasında iştirak edirlər”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliya televiziyasına verdiyi müsahibədə bəyan etmişdi ki, Türkiyə hərbi bazasının Səudiyyə Ərəbistanında olma ehtimalını Kral Salmanla müzakirə edib və o, təklifi nəzərdən keçirməyə razılıq verib.

DİGƏR XƏBƏRLƏR

Top