Türkiyə Qətərə 71 təyyarə ilə 5 ton ərzaq göndərib

Türkiyə Qətərə 71 ədəd təyyarə ilə 5 ton ərzaq məhsulu göndərib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. O bildirib ki, bu həftənin sonunda isə Qətərə gəmi nəqliyyatı ilə tədarüklər başlayacaq, TIR-lar da yola salınacaq. Nazir Türkiyənin Qətər ətrafında baş verənləri dəstəkləmədiyini vurğulayıb: “Biz zəifin yayındayıq və Səudiyyə Ərəbistanı məsələ ilə bağlı addım atmalıdır”. N. Zeybekçinin sözlərinə görə, Qətər ilə Türkiyə arasında xarici ticarətin orta hesabla həcmi 850 milyon dollardır: “Cari il bu həcm artırılacaq. Qətərin Türkiyəyə yatırdığı sərmayə miqdarı isə 2 milyard 200 milyon dollardır”.

DİGƏR XƏBƏRLƏR

Top