"Kürdüstan dövlətinin yaradılması Qarabağın müstəqilliyinin tanınmasına yol açacaq"

Xalqların öz müqəddəratını təyin etməsi istiqamətində atılan istənilən addım Dağlıq Qarabağın qarşısında yeni perspektivlər açır. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Yerevan Dövlət Universitetinin beynəlxalq əlaqələr və diplomatiya kafedrasının müdiri, erməni-kürd əlaqələri şöbəsinin rəhbəri Baqram Petrosyan deyib: "Kürdüstan dövlətinin yaradılması Qarabağın müstəqilliyinin tanınmasına yol açacaq. Çünki bu amil beynəlxalq səviyyədə tanınan dövlətlərin ərazi bütövlüyünə vurulan zərbə demək olacaq. Biz bu amildən beynəlxalq səviyyədə bacarıqla istifadə etməli və Artsaxın (Dağlıq Qarabağ) müstəqilliyinin tanınmasına nail olmalıyıq. Bundan əlavə müstəqil Kürdüstan dövlətinin yaranması ilə Ermənistan bölgədə güclü bir müttəfiq əldə etmiş olacaq".

DİGƏR XƏBƏRLƏR

Top