Qraçya Arutyunyan Ermənistana ekstradisiya edilir

18 nəfər rusun ölümünə səbəb olan erməni sürücü Qraçya Arutyunyanın Ermənistana ekstradisiyası ilə bağlı Moskva ilə Yerevan arasında əldə edilən razılığın reallaşdırılması istiqamətində addımlar atılmaqdadır. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, yaxın bir həftə ərzində Qraçya Arutyunyan cəzaçəkmə yerindən Moskvaya gətiriləcək. Oradan isə xüsusi nəzarət altında onun Yerevana göndəriləcəyi gözlənilir. O, cəzasının qalan hissəsini Ermənistanda çəkəcək. Xatırladaq ki, 2013-cü il iyul ayının 13-də Moskva ətrafında idarə etməni itirərərək yük maşınını sərnişin avtobusunun üzərinə sürən Arutyunyan nəticədə 18 nəfərin ölümünə səbəb olmuşdu. Bu hadisə Rusiyada böyük əks-sədaya cətirib çıxarmışdı. Məhkəmə önünə qadın paltarında çıxarılan Qraçya Arutyunyana 6 il 9 ay həbs cəzası kəsilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top