Misirdə 31 nəfərə edam cəzası verildi

Qahirə Cinayət Məhkəməsi iki il əvvəl ölkənin baş prokurorunun qətlə yetirilməsi işi üzrə ittiham olunan 31 şəxsi edam cəzasına məhkum edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Misirdə mövcud yurisdiksiya təcrübəsinə əsasən, yekun hökm verilməzdən əvvəl qərar ölkənin ali müftisi tərəfindən təsdiq olunmalıdır. Yekun qərar iyulun 22-də veriləcək. Həmin vaxt digər şübhəlilər barədə də məhkəmə qərarı çıxarılacaq. İş üzrə ümumilikdə 67 nəfərə ittiham irəli sürülüb. Onların hamısı baş prokuroru qətlə yetirmək məqsədilə sui-qəsd hazırlamaq və reallaşdırmaqda, qanunsuz odlu silah, hərbi sursat və partlayıcı maddələr saxlamaqda ittiham olunurlar. H. Bərəkət 2015-ci ilin yayında avtomobilinin partladılması nəticəsində ölüdürülüb.

DİGƏR XƏBƏRLƏR

Top