Belçika antiterror koalisiyasında iştirakını uzatdı

Belçika hökuməti ölkə Hərbi Hava Qüvvələrinin (HHQ) İraq və Suriyada ABŞ-ın başçılıq etdiyi antiterror koalisiyasında iştirak müddətini iyulun 1-dən dekabrın 31-dək uzatmaq qərarını verib. “Yeniavaz.com”un “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının silahlılarına qarşı əməliyyatlara cəlb edilmiş “F-16” bombardmançı qırıcı təyyarələrinin sayı altıdan dördədək azaldılacaq. Hazırda onlar İordaniyada yerləşir.

Qeyd edək ki, Belçika HHQ antiterror koalisiyasına 2016-cı ilin iyulunda qoşulub, iştirak müddətinin uzadılması ölkə büdcəsinə 17 milyon avroya başa gələcək.

DİGƏR XƏBƏRLƏR

Top