Ən çox bahalanan ərzaq məhsulları barədə RƏSMİ AÇIQLAMA

Cari ilin yanvar-may aylarında ötən ilin analoji dövrünə nisbətən ən çox bahalanan ərzaq məhsulları və içkilər məlum olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, bu ilin ilk 5 ayı ərzində ən çox bahalanan ət məhsulları olub. Ət məhsullarının qiyməti 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə bu ilin ilk 5 ayında 26 faiz bahalanıb. Bundan başqa ilk 5 ay ərzində tərəvəzlərin qiyməti 20,4 faiz, meyvələr 19,8 faiz, yağlar 17.5 faiz, çay 17,1 faiz, balıq məhsulları 12,9 faiz, çörək məmulatları 11,9 faiz, süd məhsulları, pendir və yumurta isə 10,6 faiz bahalanıb.

Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1 faiz bahalaşıb.

DİGƏR XƏBƏRLƏR

Top