Azərbaycanda inşaat sektorunda 90,4 min nəfər işləyir

Cari ilin yanvar-aprel aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 90,4 min nəfər olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, inşaat sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz artaraq 829,9 manat təşkil edib. İxtisaslaşdırılan tikinti işlərində işləyənlərin əmək haqqı 13,6 faiz azalıb, binaların tikintisində işləyənlərin əmək haqqı 9,7 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əmək haqqı isə 7,3 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top