
Bu ilin yanvar-aprel aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 192 min nəfər təşkil edib, onların 33,7 min nəfəri mədənçıxarma, 99,9 min nəfəri emal, 27,4 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, 2017-ci ilin yanvar-aprel aylarında sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 987,3 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 11,7 faiz, emal sənayesində 6,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8,7 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 0,9 faiz azalıb.
Tətbiqimizi yükləyə bilərsiniz