Dizel istehsalı azalıb, benzin istehsalı artıb

Bu ilin yanvar-may aylarında ölkədə ümumi dəyəri 1 milyard 139,7 milyon manat olan neft məhsulları istehsal olunub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, istehsal olunan neft məhsulları əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 7,1 faiz azalıb. Neft məhsullarından ağ neftin istehsalı 7,6 faiz, yanacaq mazutunun istehsalı 35,6 faiz, dizel yanacağının istehsalı 17,7 faiz azalıb. Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

DİGƏR XƏBƏRLƏR

Top