Mənşəyi məlum olmayan ət satan 10 nəfər azadlıqdan məhrum edildi

Mənşəyi məlum olmayan əti satışa çıxardığı üçün artıq 10 nəfər azadlıqdan məhrum edilib. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi sərt addımların nəticəsi olaraq mənşəyi məlum olmayan ət aşkarlanıb.

“Məsələ burasındadır ki, nazirliyin prokurorluq və hüquq-mühafizə orqanlarına müraciəti nəticəsində bu hadisələr ortaya çıxır və biz bunun qarşısını alırıq. Onlarla iş təsdiq olunmaq üçün prokurorluq orqanlarına göndərilib. Artıq 10 nəfər bu əməllərinə görə azadlıqdan məhrum olunub. Mənşəyi məlum olmayan ət məhsullarının aşkarlanmasında nazirliyin fəaliyyətini gücləndirməsi mühüm rol oynayır”, - deyə nazir vurğulayıb. apa

DİGƏR XƏBƏRLƏR

Top