"Dağlıq Qarabağ münaqişəsi KTMT çərçivəsində həll edilə bilər"

Dağlıq Qarabağ münaqişəsinin həlli MDB daxilində bir çox problemlərin həllinə yardım edə bilər. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin təhlükəsizlik şuraları katibləri ilə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko deyib: "Biz bölgədəki problemləri müstəqil, xarici siyasi büro olmadan həll etməliyik. Yəni arzu edirəm ki, problemlərimizi özümüz həll edək. Fərqi yoxdur, bu Minskdə, Moskvada, Yerevanda və ya KTMT üzvü olan digər ölkədə masa arxasında baş tutacaq. Bu işdə hansısa dövlətlərin, qrupların təsirinin, dəyirmi masaların olmasını arzulamıram. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi KTMT çərçivəsində həll edilə bilər. Biz müstəqil şəkildə eyni zamanda Dnestryanı, Ukrayna və digər yerlərdəki münaqişələri də həll edə bilərik. Bu bizim problemimizdir və onu da aradan qaldırmağı bacarmalıyıq".

Xatırladaq ki, ötən gün Qarabağ münaqişəsinin həlli ilə bağlı Lukaşenko mətbuata açıqlamasında Azərbaycan və Ermənistanın problemi üçüncü tərəfin iştirakı olmadan özlərinin həll etməsinin vacibliyini bildirmişdi. O qeyd etmişdi ki, üçüncü tərəf öz maraqlarından çıxış edərək münaqişənin həllinə mane olur.

DİGƏR XƏBƏRLƏR

Top