
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astana İqtisadi Forumunda çıxış edərkən qlobal valyutanın tətbiq edilməsi məsələsini nəzərdən keçirməyi təklif edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, N. Nazarbayev bildirib ki, qlobal valyuta dünyanı valyuta müharibələrindən xilas edəcək: “Beynəlxalq hesablama-ödəmə vahidinin tətbiqi məsələsini ciddi nəzərdən keçirməyin vaxtıdır. Bu, dünyanı valyuta müharibələrindən, spekulyasiyalardan xilas etməyə, ticarət əlaqələrindəki əyiriliklərdən yan keçməyə, bazardakı dəyişiklikləri azaltmağa imkan verəcək”. Prezident qeyd edib ki, valyuta emissiyaların sadə, şəffaf mexanizminə sahib olmalıdır: “Bu cür hesablaşma vahidi kriptovalyuta formasında yaradıla bilər”.
Tətbiqimizi yükləyə bilərsiniz