Rusiyanın "Vibrotexnik" şirkəti Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərir

Zaman-zaman xarici şirkətlərin və xarici iş adamlarının Dağlıq Qarabağ ərazisində qeyri-qanuni fəaliyyəti və ya həmin ərazilərə investisiya yatırmaları barədə məlumatlar mətbuatın müzakirə mövzusu olur. "Yeniavaz.com" xəbər verir ki, növbəti belə məlumat rusiyalı yazar Eduard Limonovun Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi ilə gündəmə gəldi. Artıq adı "qara siyahıya" salınan jurnalistin Dağlıq Qarabağa qeyri-qanuni səfəri bəzi məqamları ortaya çıxardı. Təəssüflər olsun ki, demokratiya, insan hüquqları, ekologiyanın qoruyucuları kimi dünyaya car çəkən Qərb dövlətləri, hətta şimal qonşumuz Rusiyanın iş adamları belə bəzi məqamlarda öz maddi maraqları naminə Dağlıq Qarabağda Ermənistanın işğalçılıq siyasətini və həmin ərazilərində ermənilərin törətdiyi talançılıq əməllərinin davam etdirilməsinə göz yumur, özlərini təmsil edən şirkətlər vasitəsilə “erməni dəyirmanına su” tökürlər.

Belə müəssisələrdən biri də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən, Dmitriy Krivelevin rəhbərlik etdiyi "Vibrotexnik" şirkətidir. Şirkət 2003-cü ildən başlayaraq qızıl, mis filizləri və digər əlvan metalları parçalamaq və narınlamaq üçün texniki avadanlıqların, onların tərkibini müəyyən etmək üçün ələk analizatorların, maddələrin tərkibinin analizini aparmaq üçün laboratoriya vasitələrinin istehsalı ilə məşğul olur. Hazırda şirkət öz sahəsi üzrə dağ mədənlərin istismarı, geoloji axtarışları, metallurgiya sahəsində fəaliyyət göstərən bir sıra nəhəng yerli və xarici (Tacikistan, Özbəkistan, Belarus, Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, İngiltərə, İspaniya və s.) müəssisələr ilə əməkdaşlıq edərək onları lazımi texniki avadanlıqlarla təchiz edir.

Son illər ərzində şirkət işğal olunmuş Azərbaycan ərazilərində, Ağdərə rayonun Drmbon y.m. yerləşən qızıl filizi yataqlarını istismar edən “Base Metals” zavodu ilə əməkdaşlıq edərək həmin zavodu istehsal prosesi üçün zəruri hesab edilən texniki avadanlıqlarla təchiz edir.

Rus və erməni mətbuatının yazdıqlarına görə, "Vibrotexnik"lə Dağlıq Qarabağ "Base Metals" zavodu arasında aparılan işlərin icraçısı və əlaqələndiricisi müəssisənin baş direktorun oğlu, əvvəllər həmin şirkətin laboratoriya müdiri olmuş Mixaİl Krivelevdir.

"Vibrotexnik" şirkəti hazırda Sankt-Peterburq şəhəri, Vasilyev adası, Malıy prospekt ev 62, korpus 2, liter "A" ünvanında yerləşir (telefonları: +7 812 4687212 və +7 812 4483929, elektron ünvanı: [email protected],. Şirkətin rəhbəri Krivelev Dmitriy Markoviç (tel.: +7 812 3231596, +7 812 3232689, elektron ünvan [email protected]), satışların texniki müşayiəti üzrə mühəndis isə onun oğlu Krivelev Mixail Dmitriyeviçdir (tel.: +7 812 6439824). Şirkətin Moskva şəhərində filial (tel.: +7 495 6498195) və laboratoriyası (elektron poçt: lab@ vt-spb.ru) yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top