Azərbaycan Dəmir Yolları beynəlxalq məsləhətçi axtarır

Azərbaycan Dəmir Yolları (ADY) ASC maliyyə məsələləri üzrə beynəlxalq məsləhətçi axtardığı barədə elan verib. Bununla bağlı elan ADY-nin rəsmi internet səhifəsində yerləşdirilib. Elanda qeyd olunub ki, maliyyə məsləhətçisi ADY-nin gələcək əsaslı xərclərinin maliyyələşdirilməsi imkanlarını və müəyyən mövcud öhdəliklərini yenidən maliyyələşdirmək mümkünlüyünü araşdırmalıdır. ADY-nin elanında bununla bağlı əlavə məlumatların açıqlanacağı öz əksini tapıb. apa

DİGƏR XƏBƏRLƏR

Top