Avstraliyada silah amnistiyası olacaq

Avstraliya hakimiyyəti terror aktlarının qarşısını almaq naminə silah amnistiyası elan edəcək. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Avstraliyanın ədliyyə naziri Maykl Kinan deyib. Onun sözlərinə görə, iyulun 1-dən etibarən ölkə ərazisində yaşayan istənilən şəxs saxladığı qanunsuz silahı hökumətə təhvil verə bilər: “Həmin silahın saxlanılmasına görə cəza verilməyəcək. Biz milli təhlükəsizliyimizin səviyyəsinin aşağı düşdüyü dövrdə yaşayırıq. Təəssüf ki, şəxsən əmin olduq ki, Avstraliyada terror hücumları zamanı qanunsuz silahlardan istifadə olunub”. Silah amnistiyası son 20 il ərzində ilk dəfə tətbiq edilir və 3 ay davam edəcək. Qeyd edək ki, Avstraliyada qanunsuz silahlardan istifadə edilməklə dəfələrlə terror aktları baş verib. Polisin məlumatına görə, hazırda avstraliyalıların əlində təxminən 260 min ədəd qanunsuz odlu silah var.

DİGƏR XƏBƏRLƏR

Top