ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Amerika polisinin prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin və Türkiyə vətəndaşlarının həbsinə dair order verməsi ilə bağlı XİN-ə çağırılıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, rəsmi Ankara Vaşinqton polisinin Türkiyə prezidentinin mühafizəçilərinin həbsinə dair order verməsinə etiraz bildirib. "ABŞ hökumətinin bəzi türk vətəndaşlarının, o cümlədən prezidentimizin mühafizəçilərinin mayın 16-da Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısındakı insidentlə əlaqədar həbsinə order verməsi məlum olduqdan sonra ABŞ-ın Ankaradakı səfiri XİN-ə, Türkiyə xarici işlər nazirinin müavini Ümit Yalçınla görüşə dəvət olunub. Səfirin diqqətinə çatdırılıb ki, bu qərar yanlış, qeyri-obyektivdir və hüquqi əsası yoxdur" – deyə səfirliyin yaydığı bəyanatda bildirilir.Report

DİGƏR XƏBƏRLƏR

Top