İŞİD Əfqanıstanda Tora-Bora mağara kompleksini ələ keçirib

İŞİD terror qruplaşmasının silahlıları Əfqanıstanda Tora-Bora mağara kompleksini ələ keçirib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Əfqanıstan polisinin başçısı Şah Vəli deyib. Onun sözlərinə görə, Tora-Bora ətrafındakı ərazi daha əvvəl “Taliban” hərəkatının istinadgahı olub, indi isə onu İŞİD silahlıları tutublar: “Onlara yeni qala lazım idi, indi də onu əldə ediblər”. Məlumatı İŞİD-in Əfqanıstandakı qoşunlarının komandanı Əbu Ömər Xorasani də təsdiqləyib. O qeyd edib ki, hazırda silahlılar hökumət qoşunları ilə döyüşlər aparırlar: “Bu hələ son deyil, biz yeni əraziləri nəzarətimizə keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, Əfqanıstanın Nanqarhar əyalətində yerləşən Tora-Bora mağara kompleksi 25 kilometr uzunluğunda tunellərdən ibarət labirintdir və yerin 400 metr dərinliyinədək gedib çıxır.

DİGƏR XƏBƏRLƏR

Top