“iPhone 8” smartfonunun yeni funksiyaları məlum oldu

“Apple” şirkətinin yeni “iPhone 8” smartfonu su buraxmayan korpusla və naqilsiz enerji doldurma sistemi ilə təchiz ediləcək. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Hindistanda “iPhone” istehsal edən Tayvanın “Wistron” şirkətinin baş direktoru Robert Hvan deyib. O bildirib ki, smartfonun yeni funksiyaları onun yığılması prosesini çətinləşdirib. Bununla belə, R. Hvan əlavə edib ki, smartfonların əvvəlki nəsilləri üçün yığma prosesi dəyişməyib, yalnız yeni funksiyalar başqa cür sınaqdan keçirilməni tələb edir.

Xatırladaq ki, “Apple” 2017-ci ilin mayında Hindistanda “iPhone” istehsalına başlayıb. “Wistron” hazırda “Apple” smartfonlarının ən ucuz versiyalarını – iPhone SE və 6 versiyalarını yığır. Şirkət Çin və Hindistan brendləri üçün qurğular buraxır.

DİGƏR XƏBƏRLƏR

Top