Ərdoğanın mühafizəçilərinə qarşı ittiham irəli sürüləcək

İyunun 15-də Vaşinqtonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 mühafizəçinə qarşı ittihamın irəli sürülməsi planlaşdırılır. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, həmin mühafizəçilər Türkiyə Prezidentinin Vaşinqtona səfəri zamanı etirazçılarla toqquşmalarda iştirak etdiklərinə görə onlara qarşı ittiham irəli sürüləcək. Davada iştirak etmiş 24 nəfərin şəxsiyyəti müəyyənləşib. Onlardan dördünə qarşı artıq ittiham irəli sürülüb. Söhbət ABŞ-ın iki vətəndaşından və iki kanadalıdan gedir. Türkiyə liderinin mühafizə əməkdşaları onunla Ankaraya qayıdıblar. Əgər mühafizəçilər ABŞ-a geri qayıdarlarsa, onları həbs gözləyir.

Xatırladaq ki, mayın 16-da R. T. Ərdoğanın Vaşinqtona səfəri zamanı Türkiyənin Vaşinqtondakı səfirinin iqamətgahı yaxınlığında PKK terror təşkilatının qolu olan YPG tərəfdarları ilə Türkiyə Prezidentin dəstəkləyənlər arasında toqquşmalar baş verib. Davaya R. T. Ərdoğanın mühafizəçiləri də qatılıblar. Toqquşma nəticəsində 10 nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top