Azərbaycanda 40 yaşlı qadın həm nənə, həm də ana oldu

Goranboyda maraqlı hadisə baş verib. “Yeniavaz.com” xəbər verir ki, rayonun Tatarlı kənd sakini Rahilə Yusifova bir ayın içində həm nənə olub, həm də 7-ci övladını dünyaya gətirib.

Sevincli anları ona əvvəlcə böyük övladı Jalə yaşadıb, R.Yusifova nənə olub. 40 yaşlı nənə bir neçə gün sonra özü Hüseyn adı verdiyi oğlunu dünyaya gətirməklə qohumları təəccübləndirib. Kənd sakini yaşının bu çağında 7 övlad böyütməyin asan olmadığını deyir. O, kiçik, şəraitsiz mənzildə 4 qız, 3 oğlan böyüdür.

Rahilə xanım 1997-ci ildə Elxan Yusifovla ailə qurub. E.Yusifov 47 yaşında həm baba, həm də 7-ci dəfə ata olub. Həyat yoldaşının əməliyyat olunması xəbəri isə Elxan Yusifovu məyus edib.

Goranboyun Tatarlı kəndində yaşayan Yusifovlar ailəsinin bir indi arzusu var, normal, şəraiti olan mənzildə övladlarını sağlam böyütmək.

DİGƏR XƏBƏRLƏR

Top