"Biz öz ərazimizdə Rusiya tanklarının əsirinə çevrilmişik"

Rusiyanın Gümridəki 102-ci hərbi bazasının yaxınlığında yerləşən Marmaşen kəndinin sakinləri rus tanklarının əkin yerlərini məhv etməsindən narazılıq edirlər. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Marmaşen kəndinin sakinləri tankların əkin sahələrini məhv etməsi ilə bağlı etiraz aksiyası keçirməyə hazırlaşırlar. Bununla bağlı kənd sakinləri tərəfindən Ermənistan Nazirlər kabinetinə ünvanlanan şikayət ərziəsində deyilir: "Gümridəki 102 saylı bazaya məxsus tanklar kəndin əkin sahələrini məhv edirlər. Onlar yolu qısa etmək üçün birbaşa əkin sahələrinin içindən gedirlər. Nəticədə on hektarlarla taxıl sahəsi məhv edilib. Biz öz ərazimizdə Rusiya tanklarının əsirinə çevrilmişik. Ona görə də hökuməti təcili şəkildə buna qarşı tədbirlər görməyə çağırırıq. Əks halda etiraz aksiyası keçirərək 102 saylı bazanın yolunu bağlayacağıq".

DİGƏR XƏBƏRLƏR

Top