Putin Rusiyanın sanksiyalardan itirdiyi vəsaitin həcmini açıqlayıb

Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara görə 50-52 milyard dollar itirib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin canlı efirdə vətəndaşların sualllarını cavablandırarkən deyib. Onun sözlərinə görə, sanksiya tətbiq edənlər isə 100 milyard dollar həcmində zərər görüb. V. Putin bildirib ki, sanksiyalar Rusiya iqtisadiyyatına kardinal təsir etməyib, daha vacib problem neftin qiymətinin düşməsi olub. O diqqətə çatdırıb ki, digər ölkələr Rusiyanı rəqabət qabiliyyətli olduğunu hiss edən kimi müxtəlif bəhanələrlə məhdudiyyətlər tətbiq ediblər: “Bu, bütün tariximiz boyu olub. Buna görə də Rusiya həmişə sanksiyalar altında yaşayıb. Əgər tərəfdaşlarımız sanksiyaları ləğv etsələr, Rusiya da bunu edəcək, əks təqdirdə Ümümdünya Ticarət Təşkilatı çərçivəsində problemlərlə üzləşəcək”.

DİGƏR XƏBƏRLƏR

Top