Fransa xarici işlər naziri Jana-İva Le Drianın Moskvaya səfəri zamanı Qarabağ münaqişəsinin həllinin də müzakirə ediləcəyi gözlənilir. "Yeniavaz.com"un vestıkafkaza.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Rusiya xarici işlər nazirliyi mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib: "Biz Drianın Sergey Lavrovla görüşündə Qarabağ münaqişəsinin həlli yollarının da müzakirə edilə biləcəyini istisna etmirik. Biz Fransa xarici siyasət idarəsinin rəhbəri ilə bu məsələni mütəmadi olaraq diqqət mərkəzində saxlayırıq".
Zaxarova münaqişənin həllinə mane olan əsas amilin tərəflərin tamamıilə əks mövqedə dayanması ilə izah edib: "Bölgədə əmələ gələn vəziyyət münaqişənin həllini tələb edir və tərəflərin qarşılıqlı güzəştləri qaçılmazdır".
Zaxarova Rusiyanın münaqişənin həlli üçün daim yollar axtardığını da xüsusi vurğulayıb.