Məzun dənizdə boğulmaq təhlükəsi ilə üzləşib

Mingəçevir şəhər N.Nərimanov adına 1 saylı tam orta məktəbdən məzunu boğulmaq təhlükəsi ilə üzləşib.

“Yeniavaz.com” xəbər verir ki, məzun 2000–ci il təvəllüdlü Hüseyin Aqil oğlu Abbasəliyev “Son zəng”mərasimindən sonra dostları ilə birlikdə su anbarındakı çimərlikdə olarkən bu hadisə baş verib.

Mingəçevir şəhərinin Şah İsmayıl Xətai küçəsi 14 a, mənzil 20 ünvanında yaşayan Hüseyin Abbasəliyev Fövqəladə Hallar Nazirliyin (FHN) Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

Hazırda H.Abbasəliyevin vəziyyətinin sabit olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top