Bakı və Doha arasında iki aviareys ləğv edilib

Doha (Qətər) və Krasnoyarskdan (Rusiya) Bakıya, eyni zamanda əks istiqamətdə uçmalı olan təyyarə reysləri ləğv olunub. Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər ki, reyslərin hansı səbəbdən ləğv edildiyi məlum deyil. Məlumata görə, iyunun 15-də, Bakı vaxtı ilə 01:25-də Dohadan Bakıya gəlməli olan "QR 247" saylı reys və 03:30-da Bakıdan Dohaya uçmalı olan "QR 248" saylı aviareys ləğv edilib.

Eyni zamanda, iyunun 14-də, Bakı vaxtı ilə 20:30-da Krasnoyarskdan Bakıya gəlməli olan "IO 247" saylı reys və 21:30-da Bakıdan analoji istiqamətdə uçmalı olan "IO 248" saylı reys ləğv edilib. report

DİGƏR XƏBƏRLƏR

Top