
"Bu devalvasiya ən çox biz aktyorlara təsir etdi". Yeniavaz.com saytı xəbər verir ki, bunu tanınmış kino və dublyaj aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətova bildirib. H. Mürvətova dediklərini belə əsaslandırıb: "Əvvəllər reklam səsləndirmək üçün bizə zəng edərdilər, gün təyin edərdilər, gedib səsləndirərdim. İndi isə zəng edirlər və "Hüsniyyə xanım, sizin səsiniz möhtəşəmdir, biz reklamımızı sizin səsləndirmənizi istəyirik, mümkünsə, qiyməti deyə bilərsiniz" deyirlər. Mən də həmişə dediyim qonorarın məbləğini deyirəm. Onlar da cavablarında "biz sizə zəng edərik" deyib o gedən gedirlər".
Hüsniyyə Mürvətova bildirib ki, pula hər kəs kimi onun da ehtiyacı var: "Amma sənətkar özünə dəyər verməlidir. Nə qədər ehtiyacım olsa da, heç vaxt sənətimi ucuz etməyəcəm".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz